Azərbaycanlı futbolçu Rusiyada ən yaxşı seçildi

Rusiya Premyer Liqasında 12-ci turdan sonra futbolçuların reytinqi açıqlanıb.

Newsport.az xəbər verir ki, 12-ci turda ən yaxşı futbolçu “Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev seçilib. O, 361 bal toplayıb. Ayaz “Anji” ilə oyunda komandasının qələbəsinə böyük töhfə verib.

12 turdan sonra ümumi sıralamada isə ÇSKA-nın yarımmüdafiəçisi Nikola Vlaşiç liderlik edir - 311 bal. “Lokomotiv”in futbolçusu Manuel Fernandes 2-ci (297), “Zenit”in üzvü Leandro Paredes isə 3-cü (295) yerdədi.

Qeyd edək ki, 12-ci turda evdə "Anji”ni 1:0 hesabı ilə məğlub edən "Rostov” 21 xalla 4-cü yerdə qərarlaşıb. Ayaz Quliyev bu görüşdə sonadək meydanda olub və sarı vərəqə alıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right