"Uşaq səhvləri edirik" - Pərdis Fərcad-Azad

“Öz səhvimiz ucbatından qol buraxdıq. Artıq deyə bilmirik ki, bəxtimiz yoxdur. Çox pis vəziyyətdəyik, başqa bir sözüm yoxdur”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin futbolçusu Pərdis Fərcad-Azad Azərbaycan Premyer Liqanın 9-cu turunda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qol şanslarından istifadə edə bilmədiklərini söyləyib: “Məğlubiyyətin səbəblərini oyunu izləyib, analiz etdikdən sonra demək olar. Neçə oyundur ki, məğlub olduqdan sonra bəxtimiz gətirmir, deyirik. Bu qədər də yox, məncə. "Sabah” 2 hücuma 2 qol vurdu, biz bəlkə də, 15 hücum etdik, bir qol vurduq”.

Pərdis hücum mövqeyində problemlər olduğunu deyib: "Ola bilər ki, problem hücum mövqeyimizdədir, son nöqtəni qoya bilmirik. Şanslardan istifadə edə bilmiriksə, demək ki, hücumda problemlərimiz var. Ürəklə oynayırıq, vuruşuruq ki, bu vəziyyətdən çıxaq. Ancaq yenə də alınmır. Uşaq səhvləri edirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right