"Əsas məqsədim A milliyə dəvət almaqdır" - U-21 yığmasının üzvü

Seçmə mərhələdə son oyunumuzdur. Çox ciddi hazırlaşmışıq. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdarıq”.

Newsport.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın üzvü Fəhmin Muradbəyli deyib. 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyunu öncəsi brifinq keçirən gənc futbolçu matça ciddi yanaşdıqlarını bildirib: “Süni meydançada oynayacağıq deyə məşqlərimizi də süni örtükdə etmişik. Toplanışın əvvəlində yükləmələr oldu. İndi yavaş-yavaş tempi aşağı salırıq, oyuna köklənirik. Daha çox taktiki məşqlərə üstünlük veririk. Komandada ab-hava əladır. Hamı oyun haqda ciddi fikirləşir. Bu görüşdən 3 xalla ayrılmaq istəyirik. Rəqibi yaxşı analiz etmişik”.

22 yaşlı yarımmüdafiəçi səfərə qələbə üçün yollanacaqlarını söyləyib: “Baş məşqçimiz qələbə qazanacağımıza inanır. Burdakı oyunda hesab matça görə olmadı. Adi səhvlərdən qollar buraxdıq. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Ruhdan düşmədik. Ümid edirəm ki, həmin səhvləri təkrar etməyəcəyik. Səfərə qələbə üçün gedirik”.

“Səbail”in formasını geyinən Fəhmin son vaxtlar uğurlu çıxışının səbəbini də açıqlayıb: “Rejim hər bir futbolçu üçün vacibdir. Bacardığım qədər bunların hamısına fikir verirəm. Çempionatda daha yaxşı oynamaq üçün əlimdən gələni edirəm. Əsas məqsədim A milliyə dəvət almaq və orada yerimi möhkəmlətmək istəyirəm”.

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu  oktyabrın 16-da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right