"Qarabağ"ın yubiley qələbəsi

Azərbaycan Premyer Liqasının 4-cü turu “Qarabağ” üçün tarixi qələbəylə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb. Bu, “Sumqayıt”la matça təsadüf edib. Qurban Qurbanovun yetirmələri “Azərsun Arena”da 1:0 hesablı qələbə qazanıb. Ölkə çempionatlarında öz meydanında keçirdiyi 370-ci matçda “250”-ni fəth edən klub 67,6 faizlik qələbə əmsalına malikdir.

“Qarabağ” bu göstəricidə Azərbaycanın mütləq rekordçusudur. Əyalət təmsilçisinin ən yaxın izləyicilərindən “Neftçi” 236, “Kəpəz” 173 ev qələbəsinə malikdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right