Skarlatake “Zirə”də RƏSMİ

"Keşlə"dən ayrılan Adrian Skarlatakenin yeni klubu müəyyənləşib.


Bu barədə Newsport.az-a rumıniyalı müdafiəçi özü məlumat verib. O bildirib ki, karyerasını "Zirə"də davam etdirəcək. 31 yaşlı futbolçu yeni komandası ilə rəsmi müqavilə bağladığını təsdiqləsə də, müddətini açıqlamayıb:

 

"Keşlə"dən "Zirə"yə görə ayrıldım. Artıq yeni klubumla müqavilə bağlamışam. Ancaq detalları açıqlamaq istəmirəm. Əslində "Keşlə" ilə müqaviləmi ötən həftə pozmuşam. Sadəcə, klub rəsmi açıqlamanı gec verib".

Klubun mətbuat xidmətindən saytımıza verilən xəbərə görə isə təcrübəli müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Skarlatake 2016-cı ilin yanvarından "Keşlə"də çıxış edirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right