Ayxan Abbasov istefa verdi

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov istefa verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.

"Zirə" Premyer Liqada bu mövsüm keçirdiyi  2 oyundan sonra 1 xal qazanıb.

Xatırladaq ki, Ayxan Abbasov 2016-cı ilin dekabrından "Zirə"ni çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right