"Başqa variantımız yoxdur" - Qurban Qurbanov

“Məğlub olmaq istəməzdik. Düşünürəm ki, ilk hissə başa çatıb, qarşıda 90 dəqiqəmiz var”.

 

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında BATE klubunu qəbul edib və məğlubiyyətlə üzləşib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib:

 

- Cavab oyununa düzgün hazırlaşmağa çalışacağıq. Futbolçularda həyəcan var idi, lakin ikinci hissədə yaxşı oynadıq. BATE təcrübəli komandadır. Qarşıda bizi maraqlı 90 dəqiqə gözləyir.

 

- İlk hissədə yaxşı oynamağınıza nə mane oldu?

- Futboldu. Bir komanda uğurlu, digər komanda isə uğursuz oyun sərgiləyri. Dediyim kimi, ikinci hissədə yaxşı oyun sərgilədik. Rəqibin özünəməxsus oyun üslübu var.  Düşünürəm ki, bəzi epizodlardan istifadə edə bildik. Futbol səhvər üzərində qurulub. İlk hissədə hər iki komandanın futbolçuları daha hazırlıqlı olur.

 

- BATE-dən belə oyun gözləyirdiniz?

- Düşündüyümüz kimi oynadılar. Sürətli əks-hücum qurmağı bacardılar. BATE gözlədiyimiz futbolu oynadı. 

 

- Həftəsonu ölkə çempionatı başlayacaq. BATE ilə cavab oyununa hazırlaşmaq üçün “Zirə” ilə oyunun təxirə salınmasını fikirləşirsniz?

- Açığı, fikir yox idi. Amma bu oyundan sonra bu barədə düşündük. “Zirə” rəhbərliyindən və PFL-dən oyunun təxirə salınmasını xahiş edəcəyik.

 

- Cavab oyunu üçün gözləntiləriniz nədir?

- Çətin oyun olacaq. Bizim qələbədən başqa yolumuz yoxdur. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Başqa heç bir variantımız yoxdur.

 

- Abdullah Zubirin bir neçə imkanı olsa da, ötürmə vermir.  

- Belə bir etirazım olmayıb. Top itkiləri ola bilər, amma Zubir rəqibin oyunçuları arasında çaşqınlıq yaradır. BATE-nin bir neçə futbolçusu onun üzərinə gedirdi. Zubir hazırda optimal formasında deyil. Komandaya tam uyğunlaşdıqdan sonra daha yaxşı oyun sərgilədiyini görəcəyik . 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right