"Sabah" Türkiyə klubu ilə heç-heçə etdi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Sabah” bu gün ilk yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqanın debütantı Türkiyə birinci liqa təmsilçisi "Giresunspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu yeni transfer Vitali Kvaşuk vurub. O, 55-ci dəqiqədə cərimə zərbəsindən gözəl qola imza atıb.

Qeyd edək ki,  "Sabah"  növbəti yoxlama görüşünü iyulun 28-də isə Superliqa təmsilçisi “Alanyaspor”la qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right