"Neftçi" Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərdi

Bu ilin sonuna qədər "Neftçi" ilə müqaviləsi olan Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib.

Newsport.az-ın məlumatına görənövbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla hazırda danışıqlar davam edir. Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.

Qeyd edək ki, növbəti mövsüm əsas heyətdə düşünülməyən Fransisko Qarsia ilə də müzakirələr davam edir. Yaxın günlərdə bu haqda əlavə məlumat veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right