"Qəbələ" Albaniya klubu ilə bərabərə qaldı Yenilənib

İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşüb.

Matç 1:1 hesablı bərabərliklə başa çatıb.


Qeyd edək ki, “Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək 1 yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib - 2:1.

Xatırladaq ki, “Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.

Yoxlama görüşü

“Qəbələ” (Azərbaycan) - “Kukesi” (Albaniya) - 1:1
"Qəbələ"nin qolu:
 Stiven Jozef-Monroz, 79





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right