Dario: "Neftçi"nin mərhələ adlaması üçün əlimdən gələni edəcəm"

"Komandanın durumu yaxşıdı. Hazırlıq əla keçir, bizim çox mehriban kollektivimiz var”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Dario Frederiko komandanın hazırlıq durumunu dəyərləndirərkən deyib.  

Braziliyalı futbolçu “Neftçi”nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacığı Macarıstanın "Uypeşt” komandasın haqda danışıb. O, rəqib haqda ətraflı məlumata sahib olmadıqlarını bildirib: "Rəqib haqqında ətraflı məlumatımız olmasa da, məşqçilər "Uypeşt”i təhlil edib, bizimlə bu informasiyanı bölüşəcək”.

Frederiko "Neftçi”nin ilk təsnifat mərhələsini adlamaq üçün hər şey edəcəyini vurğulayıb: "Əlimdən gələni edəcəm ki, "Neftçi”yə mərhələ adlamaq üçün kömək edim. Bizim yaxşı oyunçularımız var, bunu da meydanda sübut eməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right