"Zirə"də 8 ayrılıq RƏSMİ

Topaz Premyer Liqasında 2017/18 mövsümünü başa vuran “Zirə”də bəzi ayrılıqlar reallaşıb.

 

Newsport.az xəbər verir ki, "qartallar"la müqaviləsi başa çatan Milan Duriç, Yovan Krneta, Viktor İqbekoyi, Orxan Əliyev, Aleksandr Şemonayev ilə yollar ayrılıb. Bundan başqa, icarə müddəti bitən Comal Uilyams, Yani Urdinov və Elşən Abdullayev də paytaxt klubunu tərk edib. Məlumatı klubun "facebook" səhifəsi yayıb.

 

“Zirə” göndərilən oyunçulara təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right