Azərbaycan kubokunda qalib bəlli oldu

Bu gün Azərbaycan futbolunda 2017/18 mövsümünə yekun vurulacaq. 

Newsport.az-ın məlumatına görə, mövsümün son qarşılaşması Azərbaycan kubokunun finalı olacaq.

Respublika gününə, 100 illik yubileyə təsadüf edən matç Qəbələ şəhər stadionunda baş tutacaq. Bu arena 2-ci dəfə finala ev sahibliyi edəcək. Nominal meydan sahibi olacaq "Keşlə" "Qəbələ" ilə üz-üzə gələcək.

Bunadək nə “Qəbələ”, nə də “Keşlə” Azərbaycan kubokuna sahib çıxıb. Əyalət təmsilçisi daha əvvəl 2 dəfə finalda meydana çıxıb. Amma “Qırmızı-qaralar” həlledici qarşılaşmada əvvəlcə “Neftçi”yə, ötən il isə “Qarabağ”a uduzub. 

“Keşlə” isə əvvəlki adı “İnter” kimi 4 dəfə final həyəcanı yaşayıb. Paytaxt klubu bütün hallarda meydanı məğlub tərk edib və kuboka həsrət qalıb. Komanda “Bakı”ya, “Qarabağ”a və 2 dəfə “Xəzər Lənkəran”a yenilib.

Final qarşılaşmasından sonra növbəti mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların siyahısı tam dəqiqləşəcək. Belə ki, “Keşlə” kuboku qazanmaqla yanaşı, həm də Avroliqaya vəsiqə qazanacaq. 

“Qəbələ” isə finaldakı nəticədən asılı olmayaraq artıq Avroliqaya vəsiqə qazanıb. Kuboku Roman Qriqorçukun komandası qazansa, bu halda çempionatda dördüncü yerin sahibi kimi Avroliqaya üçüncü vəsiqə “Zirə”yə qismət olacaq. 

28 may (bazar ertəsi)

Azərbaycan Kuboku

Final
 

28 may (bazar ertəsi)
Azərbaycan Kubokunun finalı

 

20:00 “Keşlə” – “Qəbələ” - 1:0

Qol: Pərdis Fərcad-Azad, 71
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right