Legionerlə razılıq əldə olundu: Daha bir il "Neftçi"də

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" klubu transfer çalışmalarını sürətləndirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi digər tərəfdən də heyətdəki oyunçularla görüşlərə başlayıb. "Ağ-qaralar" müqavilə müddəti bitmək üzrə olan futbolçularla danışıqlar aparır.

Klub rəhbərliyi artıq bir futbolçunun müqaviləsinin artırılması ilə bağlı razılıq əldə edib.  Bu, ukraynalı müdafiəçi Kirill Petrovdu. Türkiyə və Ukrayna klublarının maraq dairəsində olan futbolçu ilə 1 illik sözləşmə imzalanacaq.  

Qeyd edək ki, Petrov 2017-ci ilin yanvarından "Neftçi"də çıxış edir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right