"Respublika günü" turniri başlayır

Bu gün 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirinə start veriləcək.

Newsport.az-ın məlumatına görə, İlk oyun günü «B» qrupundakı komandalar mübarizəyə başlayacaqlar. Saat 16:15-də «Zirə» «Sumqayıt»la, 17:45-də isə «Keşlə» «Səbail»lə üz-üzə gələcək. Hər 2 oyun «Neftçi Baza»da keçiriləcək.

Sabah isə «A» qrupundakı komandalar mübarizəyə qoşulacaqlar. «Vətən» «Neftçi» İK İB-ni, «Qarabağ» isə «Neftçi»ni sınağa çəkəcək.

Xatırladaq ki, «Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə keçiriləcək turnirə mayın 31-də yekun vurulacaq.

Het-trik news» qəzeti

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right