Yunis Hüseynov hakimlərdən narazı qalıb: “Qalib gələn komanda biz olmalı idik”

“Şablon kimi çıxsa da, bu oyunda da qələbə qazanmaq istəyirdik. Maraqlı oyun keçdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.  

"Sarı-göylər" Azərbaycan Premyer Liqasının XXVI turunda öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.  

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: "Çempionatın sonudu. Daha iki çətin oyunumuz qalıb. Son turlarda “Zirə” və “Neftçi” ilə qarşılaşacağıq. Bu komandaların hər ikisi avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırlar. Bizim isə məqsədimiz daha çox xal toplamaqdı. Bu gün qalib gələn komanda biz olmalı idik. Əfsuslar olsun ki, bir epizodda səhvdən qol gördük".

Yunis Hüseynov hakim idarəçiliyindən narazı qalıb: "Hakimləri qınamıram, amma məncə, buraxdığımız qoldan öncə lehimizə cərimə zərbəsi vardı. Ondan əvvəl isə top auta çıxarkən qərar bizim xeyrimizə verilməli idi. Son nəticədə qapımızdan qol buraxdıq. Bu epizod olmasaydı, yəqin ki, qalib gələn tərəf biz olacaqdıq. Komandamdan razı qaldım. Futbolçular yaxşı çıxış edib meydanda əzmkar oyun göstərdilər. Rəqibə qarşıdakı görüşlərdə uğurlar arzu edirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right