"Qəbələ" "Kəpəz"ə, "Keşlə" "Neftçi"yə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki görüşü keçiriləcək.
 
Newsport.az-ın məlumatına görə, günün ilk matçında "Keşlə” doğma meydanda "Neftçi” ilə üz-üzə gələcək. İki komanda arasında indiyədək 54 oyun keçirilib. 13 oyunda "Keşlə”, 27 matçda "Neftçi” qələbəyə sevinib. 14 görüş isə heç-heçə yekunlaşıb. Meydan sahibləri rəqibinə qarşı keçirdiyi son 6 oyunda uduzub. "Neftçi” bu 6 oyunun hamısında ən azı 2 top vurmağı bacarıb. Flaqman, həmçinin "Keşlə” ilə görüşlərdə 10 oyundur meydanı qolsuz tərk etmir.
 
Günün digər qarşılaşması isə Qəbələdə baş tutacaq. "Qəbələ” turnir cədvəlinin autsayderi "Kəpəz”i sınağa çəkəcək. Bu qarşılaşma iki komanda arasında yubiley oyunu olacaq. Əyalət təmsilçiləri bu vaxta qədər 19 dəfə qarşılaşıblar. Bu görüşlərdə qapılara 39 qol vurulub. "Qəbələ” 8, "Kəpəz” isə 6 dəfə meydanı 3 xalla tərk edib. 5 matç bərabərliklə başa çatıb. Bu komandalar arasında keçirilən son 3 qarşılaşmada meydan sahibi olan komanda xal qazana bilməyib.
 
 
Qeyd edək ki, turun ilk matçında "Qarabağ” səfərdə "Zirə”ni 2:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək "Sumqayıt” – Səbail” görüşü ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası, XXV tur
 
28 aprel (şənbə)
 
18:00. “Qəbələ” - “Kəpəz” - 3:0 
Qollar:
 Filip Ozobiç, 31 (1:0), Stiven Monroz, 39 (2:0), Cavid Hüseynov, 45 (3:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

16:00. “Keşlə” - “Neftçi” - 2:1
Qollar: 
Vaqif Cavadov, 21, (1:0), Namiq Ələsgərov, 42 (1:1), Adrian Skarlatake, 68 (2:1)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
“İnter Arena”




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right