“Kimlərlə yola davam edəcəyimi müəyyənləşdirdim” millimizin baş məşqşisi

“Turnirin ən güclü komandasına qarşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Nəticə bizim üçün ağır olsa da, turnir yeni yaranmış komandanın təcrübə qazanması baxımından çox faydalı oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov Antalya şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində Türkiyəyə 0:4 uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

"Bu uşaqlar indiyə qədər bu cür oyunlar keçirməmişdi. Artıq komanda olaraq onları gələcəkdə nələrin gözlədiklərini dərk edirlər. Belə gərgin oyunlar oynamaq üçün çox çalışmalıyıq. Bu turnir mənim üçün də böyük təcrübə oldu. Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right