Orxan Sadıqlı: "Hələki heç bir mükafat verilməyib" Müsahibə

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində  “Keşlə” doğma meydanda “Zirə”ni qəbul edib. (2-1)

Oyundan sonra ev sahiblərinin qapıçısı Orxan Sadıqlı Newsport.az-ın suallarını cavablandırıb:

-6 gün ərzində üç oyun oynamışdıq. Komanda bir az yorğun görünürdü. Düşünürəm ki, məşq etməkdənsə, oynamaq daha yaxşıdır. İlk yarıda istədiyimiz kimi oynamadıq, lakin ikinci hissədə toparlandıq və qalib gəldik.

-Təkrara baxdığımız zaman rəqib oyunçuya toxunuşun yox idi.

-Bəli, hakim də insandır. Ola bilər səhv görüb.

-Səncə, hakimlər oyun zamanı FİFA-nın bütün qaydalarına əməl edirlərmi?

-Mən hakim olsam, çalışaram bütün qaydalara riayət edim. Yəqinki onlar da edirlər.

-“Zirə”son vaxtlar çox pis durumdadır.  Səncə, qələbənizə bunun hər hansı bir köməyi oldumu ?

-Bizim üçün fərq etmir ki, rəqib kimdir.  Çalışırıq ki, öz oyunumuzu göstərək. İlk hissədə fərqli oynadıq. Çünki, dəyişikliklər var idi. İkinci yarıda özümüzə gəldik və lazım olan üç xalı qazandıq. Oyundan qabağ da məqsədimiz bu idi ki, qələbə qazanaq. Çünki motivasiya baxımından da çox yaxşıdır.

-Finala çıxdığınız üçün rəhbərlik sizə mükafat vedimi?

-Bu haqda söhbət olub, ancaq hələki heç bir mükafat verilməyib.

-Final Qəbələdə olacaq. Şanslarınızı necə qiymətləndirirsən?

-Final bir oyundur. Vuruşub həmin oyunda qələbə qazanmaq lazımdır. Finala qədər vaxtımız var. Hal-hazırda bu haqda düşünmək istəmirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right