Hər bir futbolçu eniş dövrü yaşaya bilər, təkcə Ronaldo və Messidən başqa".

Almaniya millisinin və “Bosussiya Dortmund”un futbolçusu Marko Roys uzun müddət zədə üzündən yaşıl meydanlardan kənarda qalması haqda danışıb.

Newsport.az xəbər verir ki,  karyerası ərzində bir neçə dəfə ciddi zədə alan və son olaraq ölkə kubokunda zədələnərək yaşıl meydanlardan kənarda qalan Roys “Goal.com”a müsahibə verib. 28 yaşlı futbolçu L.Messi və K.Ronaldu haqqında da danışıb.

“Fikrimcə, hər bir oyunçu karyerası ərzində sadəcə, yaxşı anlar keçirmir. Bəzən pis vaxtlar da olur.  Hər bir futbolçu eniş dövrü yaşaya bilər, təkcə Ronaldo və Messidən başqa. Məndə isə artıq, hər şey yaxşıdır. Düzdür, bir müddət zədələr mənim qorxulu yuxuma çevrilmişdi. Lakin hal-hazırda özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Roys 2012-ci ildən “Borussiya”nın şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right