Arif Əsədova "əməkdar məşqçi" fəxri adı verildi

Bu gün Milli Olimpiya Komitəsində MOK-un bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunub. 

Əvvəlcə gənclər və idman naziri Azad Rəhimovla MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülənləri mükafatlandırıblar. Onlar daha sonra "Əməkdar məşqçi", "Əməkdar idman ustası" fəxri adlarını təqdim ediblər.

Qeyd edək ki, tədbirdə 8 nəfərə respubika dərəcəli hakim, 9 nəfərə əməkdar idman ustası, 31 nəfərə əməkdar məşqçi, 16 nəfərə isə idman işçisi adı verilib. Mükafatçılar sırasında "Sabah" futbol klubunun baş məşqçisi, yeniyetmələr arasında Avropa çempionu Arif Əsədov da var. Ona əməkdar məşqçi fəxri adı verilib. Tədbirdə daha bir futbol mütəxəssisi Məqsəd Yaqubəliyev də əməkdar məşqçi kimi mükafatlandırılıb.

Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar verilib. (Report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right