"Banişevskinin ruhundan utanırıq" - Çingiz Abdullayev

"İndi uğursuz nəticələr olanda azarkeşlər deyirlər ki, utanmırsınız? Bəli, uduzduğumuz üçün Banişevskinin ruhundan utanırıq”.

Newsport.az-ın məlumatına görə, bunu "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Bu gün doğum günündən 72 il ötən Anatoli Banişevskinin məzarı üstündə çıxış edən xalq yazıçısı əfsanəvi futbolçu ilə bağlı fikirlərini bölüşüb: "Rusiyada tərtib edilmiş bir siyahıda 10 ən yaxşı rus futbolçu arasında onun da adı var. Düzdür, Banişevski sovet futbolçusu olub. Amma o, bir azərbaycanlıdır. Azarkeşlər onun oyununu görmək üçün stadionlara axışırdılar. Banişevski digər ölkələrdəki futbolsevərlərin də rəğbətini qazanmışdı. Onunla qürur duymaq lazımdır".

Sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right