"Qarabağ"ın bombardiri "Mil-Muğan"da

I Divizion təmsilçisi "Mil-Muğan" heyətini gücləndirib.

Newsport.az-ın məlumatına görə, İmişli təmsilçisi "Şüvəlan"dan Şahin Əliyevi rənglərinə bağlayıb. 22 yaşlı hücumçuyla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Əliyev ötən mövsüm "Qarabağ"ın heyətində əvəzedici çempionatda 13 qolla bombardir olmuşdu. Bu mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən gənc forvard 2 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right