"Qarabağ"ın Antalyada beşinci günü

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda beşinci günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi dünən saat 11:00-da start götürüb və fitnes zalında olub. Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da meydançada keçirilib və təxminən 90 dəqiqə davam edib.

Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib. Ansi Aqolli isə çalışmalarını fizioterapivt nəzarəti altında davam etdirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right