Ayxan Abbasov: "Xəzər" yaxşı müqavimət göstərdi"

"Qarabağ"la oyundan sonra sıx qrafikə girirdik. Oynamayan futbolçulara daha çox şans verdik”.

Newsport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 finalında “Xəzər”ə qalib gəldikləri oyundan (3:0) sonra deyib.

O, qələbəni belə şərh edib: “İlk yarıda tələskənlik oldu. Hesabı açandan sonra rahat olduq. Rəqib yaxşı müqavimət göstərdi. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm. 

Qeyd edək ki, “Zirə” 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right