Pedro Enrike: "Elə mənim özümün də bu sarıdan problemim var" Müsahibə

"Qarabağ" Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"a 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Newsport.az xəbər verir ki, qarşılaşmada 2-ci qolun müəllifi olan Ağdam klubunun braziliyalı futbolçusu Pedro Enrike matçdan sonra jurnalistlərə müsahibə verib.

- Oyun barədə nə deyə bilərsən?

- Çətin oyun oldu. Baxmayaraq ki, rəqibimiz I Divizion təmsilçisi idi. Bizə çətinlik yaratdılar. Qarşılaşmada heyətimizdə oyun praktikasında əziyyət çəkən futbolçular çıxış etdi. Elə mənim özümün də bu sarıdan problemim var. Son qarşılaşmalarda şans qazanmıram. Bir az ağır oldu.

- Formanı kimə verdin?

- Azyaşlı fanatlardan birinə verdim.

- İlk hissədə hesabı aça bilmədiz. Baş məşqçi nə tapşırıqlar verdi ki, qalib gəldiniz?

- Deməzdim ki, ilk hissədə pis oynadıq. Bəzi epizodlar meydanın mərkəzində top itirirdik ki, bu da əks-hücumlara səbəb olurdu. Əks-hücumlar isə futbolçunu yorur. İkinci hissədə bu səhvlərə yol vermədik və qalib gəlməyi bacardıq.

- İcarə müddətin mövsümün sonunda başa çatır. Amma qışda PAOK-a geri dönəcəyin barədə Yunanıstan mətbuatı iddia irəli sürüb. Buna münasibətin necədir?

- Bir az qəliz məsələdir. Bu barədə danışmaq istəmirəm. Bunu "Qarabağ" və PAOK öz aralarında həll etsinlər.

- Bəs sənin öz düşüncən necədir?

- Mən futbol oynamaq istəyirəm. "Qarabağ" məni istəyirsə, qalıb oyunumu davam etdirəcəm. Mənim istəyim ancaq və ancaq oynamaqdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right