"Kəpəz" kubok matçı üçün məşqlərə başlayıb

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Binə” ilə oynayacaq “Kəpəz” bu gündən qarşıdakı matçın hazırlıqlarına start verib.

 

Newsport.az xəbər verir ki, komandanın məşq prosesi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. Gəncə klubunun sabaha təyin olunan məşqi isə “Dalğa Arena”da olacaq. “Sarı-göylər” saat 16:00-da çalışmalara çıxacaq.  

 

Qeyd edək ki, “Kəpəz” – “Binə” oyunu noyabrın 29-da “Dalğa Arena”da keçiriləcək. Oyun saat 13:30-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right