Miçel: "Mənə elə gəlir normal ot örtüyü olsaydı bu hallar baş verməzdi" Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunun son oyunları keçirilib.

Newsport.az xəbər verir ki, son oyun günü "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda "Qarabağ" 3-2 hesabı ilə qalib gəlib. Oyundan sonra qonaqların legioner futblçusu Miçel jurnalistlərin suallarını cavablandırıb.

-“Çelsi”yə ağır məğlubiyyətdən sonra, bu oyuna hazırlaşmaq necə idi? Çətin olmadı?

-Yox psixoloji baxımdan komanda elədə pis vəziyyətdə deyil. Düzdü məğlubiyyət bizə təəsir etdi. Anacaq böyük komandaya qarşı oynadıq, üstəlikdə azlıqda. Təbii ki, haqsız qərarlar oldu. O ki, qaldı bugünki oyuna, çox motivasialı çıxmışdıq oyuna. Çox sevinirəm ki, qələbə qazandıq və üç xalı aktivimizə yazdıq.

-Necə düşünürsən “Çelsi” ilə oyunda doğurdanmı hakim “Qarabağ”ın qazana biləcəyi xalı onun əlindən aldı?

-Hakimlərdi bəzən səhv qərarlar verirlər. Olur hərdən xeyirivə, hərdən də əlehivə. Ümumi götürdükdə isə oyunumuzu iki yerə bölmək olar, 11 nəfərlə oynadığımız oyun, bir də azlıqda keçirdiyimiz. Ancaq yenə də rəqib çox güclü idi, biz də əlimizdən gələni etdik. Hakimlərdi onlarda səhv edə bilər.

-Birinci hissə də 2-0 qabağda idiz, bu arxayınlıq yaratdımı ikinci yarıda  sizdə ?

-Yox ikinci yarıya da demək olar eyni tempnən çıxdıq. Sadəcə külək var idi, bir də ola bilər ki, yorğunluq da öz sözünü desin. Son vaxtlar ardıcıl oyunlar keçirirk, özü də 10 nəfərlə olur çox oyunlarımız. Amma nəticədən razı qaldıq. Əsas odu 3 xalı aktivimizə yaza bildik.

-Aqressiv oyun oldu, ayağına vurdular bir neçə dəfə. Bu aqressiya nədən irəli gəlirdi?

-Hər iki komandanın qələbə qazanmağ istəyindən irəli gəlirdi bu. Mənə elə gəlir normal ot örtüyü olsaydı bu hallar baş verməzdi. Həmdəki, meydan balaca olduğu üçün oyun dayanmır, daha sürətli gedir.

-Çempionlar Liqasındakı oyuna görə sənə hərhansısa klubdan təklif gəlibmi?

-Yox hələ ki, komandam ilə müqaviləm var iki illik. Onun üçün də bu haqda nəsə demək istəmirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right