Samir Abbasov: " Görünən odur ki, tələsdik"

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XIII turunda öz meydanında “Səbail”lə qolsuz heç-heçə edib

 Newsport.az xəbər verir ki, verir ki, "Sumqayıt"ın çalışdırıcısı Samir Abbasov müsahibəyə bu sözlərlə başlayıb: " Nəticə ürəyimizcə olmadı"

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Qələbə qazanmaq istəyirdik. Amma görünən odur ki, tələsdik. “Səbail”in çox imkanları oldu və vurmadıqları üçün şükr etməliyik. Məncə, oyuna daha çox köklənməyimiz bizə mane oldu. İmkanlarımız olsa da, son anda istifadə etmədik. Son vaxtlar Amil Yunanovun oyunu alınmır. Bəlkə də, bombardirlikə çox kökləndiyi üçün belə alınır. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı çıxış edək”.

- Ramil Hasanov bu gün çox pis oynadı. Necə düşünürsüz, Ehtiram Şahverdiyevi start heyətdə meydana buraxmaq düzgün olmazdımı?

- Sözün açığı, Ehtiramda da effekt görmədim. 3 oyunçumuz cəzalı durumda olmasaydı, Ramil bun oynamayacaqdı. Sizə deyim ki, Ehtiram da yaxşı çıxış etmədi. O, əlinə düşən imkanlardan yararlanmalı idi.

- Yaxın günlərdə PRO kateqoriyalı məşqçi kurslarına görə təcrübə keçmək üçün “Atletiko”nun düşərgəsinə yollanacağınız deyilir. Niyə məhz “Atletiko”?

- “Atletiko” xoşuma gələn klubdu. Amma məsələ hələ dəqiqləşməyib. Lakin çalışacağıq ki, ən yaxşıl klubların birinə gedək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right