"Qəbələ"nin futbolçuları tibbi müayinədən keçəcək

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Zirə” ilə matçda sıradan çıxan “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin komandaya qoşula bilmir.

Newsport.az-ın məlumatına görə, ilkin tibbi müayinədən sonra onun 3-4 həftə sonra yaşıl meydanlara qayıdacağı deyilsə də, ilkin proqnozlar özünü doğrultmayıb. 

Ozobiç oktyabrın 10-da Xorvatiyada təkrar tibbi müayinədən keçəcək. Sağ ayağının sümüyündə sınıq olan futbolçunun nə vaxt hazır olacağı məhz bundan sonra bilinəcək. 

2-ci turda “Sumqayıt”la görüşdə zədələnən İlqar Qurbanov da bu həftə yenidən tibbi yoxlamadan keçəcək. Bundan başqa, Voyislav Stankoviç də zədə səbəbindən növbəti turda “Sumqayıt”la matçda iştirak edə bilməyəcək. 

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” matçı oktyabrın 14-ü “Kapital Bank Arena”da keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right