"Səbail" oyunun video yazısını təqdim etmədiyinə görə cərimələndi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasında iştirak edən klubların əvəzedici komandalarının 5-ci turunda keçirilən oyunlar müzakirə edilib və aşağıdakı qərarlar qəbul edilib.

“Neftçi” – “Zirə” matçının 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 800 manat cərimə olunub.

 “İnter" – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində bakılıların futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.  

 “Səbail" – “Qəbələ” matçında meydan sahibləri oyunun video yazısını təqdim etmədiyinə görə, klub 400 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right