İtaliya klubu sabiq "Qarabağ"lını 1,5 milyon avroya transfer etdi

Ötən mövsüm İtaliya A Seriyasında mübarizə aparan və B seriyasına düşən "Palermo" heyətini gücləndirməkdə davam edir. Sicilyalıların əsas hədəfi yenidən elitaya yüksəlməkdir.

 

Newsport.az xəbər verir ki, klub bu dəfə hücum xəttini gücləndirib. Ötən mövsüm Hollandiya Erediviziyasında "Herakles"in heyətin xarüqələr yaradan Samuel Armenteros karyerasını "Palermo"da davam etdirəcək. Bu transfer üçün Hollandiya klubuna 1,5 milyon avro təzminat ödənilib. İsveç millisinin üzvü B Seriya təmsilçisi ilə 4 illik müqavilə bağlayıb və hər il üçün 400 min avro maaş alacaq.

 

Qeyd edək ki, 27 yaşlı forvard son mövsüm Hollandiya çempionatında 19 qol vurub. 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edən hücumçu 23 oyuna 7 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right