Haiti millisinin üzvü rəsmən "Qarabağ"da FOTO

2017/18-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi zamanı "Qarabağ" növbəti transferi reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran Ağdam təmsilçisi uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. "Qarabağ" Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçiylə ikiillik müqavilə imzalanıb.

Futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə yarımmüdafiəçib“Alanyaspor” formasıyla 20 oyunda 4 qola imza atıb. 

2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib. Donald “Qarabağ”a transferi haqda klubun saytına danışıb:

“Qarabağ” ilk gündən mənə öz ailəm kimidir, sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır, bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right