"Differdanj"ın hücumçusu: "Zirə" daha istəkli idi" MÜSAHİBƏ

Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında "Zirə" "Differdanj"a 2:0 hesabı ilə qalib gəlib.
 
Qarşılaşmadan sonra Lüksemburq təmsilçisinin üzvü Kotier Karon Newsport.az-a müsahibə verib:
 
- Oyun haqqında fikirləriniz?
- Qarşılaşma çox yaxşı başladı. Hər iki komanda fərqlənməyə çalışdı. Qısa, uzun və dəqiq paslarla nələrsə etməyə cəhd edirdik. Sonra "Zirə" hesabı açdı. Bu, istəmədiyimiz bir şey idi. İkinci hissədə hesabı bərbərləşdirməyə çalışsaq da, alınmadı. Rəqib isə istəyinə nail olub ikinci dəfə fərqləndi.
 
- Qarşılaşmadan öncə "Zirə"nin belə oyun nümayiş etdirəcəyini gözləyirdinizmi?
- Rəqibi analiz etməyə çalışmışdıq. Bizim üçün çətin olacağını bilirdik.
 
- Məğlubiyyətə səbəb nə oldu?
- Peşəkar komandaya qarşı oynadıq. "Zirə"nin heyyətində səviyyəli və təcrübəli legionerlər var. Rəqib daha istəkli idi və hücumlardan dəqiq istifa edə bilirdi. Bu, səbəbdən məğlub olduq.
 
- Növbəti mərhələyə vəsiqə qazanmaq şansınız varmı?
- Hər şey cavab matçından asılıdır. İlk dəqiqələrdən qol vura bilsək, "Zirə" səddini keçə biləcəyik. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right