"Qarabağ"dan ayrılan futbolçu hansı kluba keçir?

"Qarabağ"la müaviləsi başa çatan makedoniyalı futbolçu Muarem Muarem karyerasını ölkəsində davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçunun ximdətində "Şkendiya" klubu maraqlıdır. Əgər Muarem yaxın günlərdə daha sərfəli təklif almasa, "Şkendiya" ilə münasibətlərini rəsmiləşdirə bilər. 

Qeyd edək ki, 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Muarem Muarem 2015-ci ildə “Əskişəhərspor” klubuna keçsə də, Türkiyədəki karyerası uğurlu alınmamışdı. Nəticədə təcrübəli futbolçu Ağdam təmsilçisinə qayıtmalı olmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right