“Qarabağ”ın ilk ulduzu

Topaz Premyer Liqasında 2016/17 mövsümünün çempionu müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görəAğdamın “Qarabağ” klubu qızıl medalları XXVI turda təmin edib. Əyalət klubu “İnter”lə səfər oyununda (3:0) xal hesabını 56-ya çatdırıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğundan Qurban Qurbanovun yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib. İzləyicisini 7 xal qabaqlayan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu olub. Ağdam təmsilçisi ölkə futbolu tarixinə ardıcıl 4 mövsüm 1-ci yeri tutan ilk komanda kimi düşüb. 2013/14, 2014/15, 2015/16 mövsümlərində də çempion olan “Qarabağ” ilk uğurunu 1993-cü ildə əldə edib.

 

Qeyd edək ki, ümumilikdə “Neftçi” 8, “Qarabağ” 5, “Kəpəz” 3, “İnter”, “Bakı”, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” 1 dəfə Azərbaycan çempionu olub.

 

Bu isə rəmzi olaraq ulduz daşımaq hüququ verir. Belə ki, əksər yarışlarda 5 dəfə qalib gələn komanda loqosu və formasında ulduz nişanı əks etdirmək haqqı qazanır. Azərbaycan çempionatlarında indiyədək yalnız “Neftçi” bunu bacarmışdısa, “Qarabağ” ulduzuna qovuşan 2-ci komanda olub.

 

mövsüm    çempion

1992    “Neftçi” Bakı
1993    “Qarabağ” Ağdam
1993/94    “Turan” Tovuz
1994/95    “Kəpəz” Gəncə
1995/96    “Neftçi” Bakı
1996/97    “Neftçi” Bakı
1997/98    “Kəpəz” Gəncə
1998/99    “Kəpəz” Gəncə
1999/2000    “Şəmkir”
2000/01    “Şəmkir”
2001/02    yarımçıq qalıb
2003/04    “Neftçi” Bakı
2004/05    “Neftçi” Bakı
2005/06    “Bakı”
2006/07    “Xəzər-Lənkəran”
2007/08    “İnter” Bakı
2008/09    “Bakı”
2009/10     “İnter” Bakı
2010/11    “Neftçi” Bakı
2011/12    “Neftçi” Bakı
2012/13    “Neftçi” Bakı
2013/14     "Qarabağ" Ağdam
2014/15     "Qarabağ" Ağdam
2015/16     "Qarabağ" Ağdam
2016/17     "Qarabağ" Ağdam

apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right