Xorvatiya mətbuatı: "Emrelinin yerini 1600 avroya oynayan gənclər tutacaq"

Xorvatiya mətbuatı mövsümün sonunda "Dinamo"nu tərk edəcək futbolçularla bağlı yazı dərc edib.

Newsport.az xəbər verir ki, “Sportske novosti”də Zaqreb klubunu tərk edəcək oyunçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı qeyd olunub:

"Mövsümün sonunda Mahir Emreli, Tibor Haliloviç, Sadeq Moharammi və Boşko Şutalonun başqa komandalara gedə biləcəyi gözlənilir. Təbii ki, əgər onlar üçün adekvat həll yolu tapılarsa, bu baş verəcək. Həmin futbolçuların yerini isə ən yüksək aylıq maaşı təxminən 1600 avro olan gənclər tutacaq. Təbii ki, komandanı gücləndirəcək və ya keyfiyyətli əlavələr kimi baxılacaq bir neçə yeni oyunçu da olacaq".

Xatırladaq ki, Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right