Şeydayev Coşqunun komandasına qarşı belə oynadı

Xəbər verdiyimiz kimi, Türkiyə birinci liqasında 31-ci turun oyunları keçirilib. 

Newsport.az xəbər verir ki, turun son oyununda Azərbaycan millisininin futbolçuları - Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” öz meydanında Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”u qəbul edib. 

Milli komandamızın hər iki üzvü meydana start heyətində çıxıb. Şeydayev görüşü əvəzolunmadan keçirdiyi halda, Diniyev 80-ci dəqiqədə Emre Demirlə əvəzlənib. Coşqun 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

R.Şeydayevin matçda qol vurmaq üçün imkanları olsa da, o, bunu reallaşdıra bilməyib.

Qarşılaşmanın taleyini isə bir qol həll edib. Emrecan Bulutun 67-ci dəqiqədə vurduğu qol “Ümraniyespor”a 1:0 hesablı qələbə qazandırıb. 

Bununla da 3 oyunluq qələbə həsrətinə son qoyan Coşqun Diniyevin komandası xallarının 37-ə çatdırmaqla turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Əvvəlki kimi 52 xalda qalan “Kocaelispor” isə 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right