"Kəpəz"in hücumçusu "Qəbələ"yə qarşı oynaya bilməyəcək

"Kəpəz"in forvardı Amil Yunanov Premyer Liqanın 32-ci turunun "Qəbələ"yə qarşı görüşü də buraxacaq.

Newsport.az xəbər verir ki, zədə səbəbindən ötən tur "Sabah"la matçda da meydana çıxa bilməyən futbolçunun müalicəsi davam edir.

Təcrübəli hücumçunun 33-cü turun "Neftçi" - "Kəpəz" qarşılaşmasında meydanda olacağı ehtimal edilir. 

Qeyd edək ki, Yunanov Premyer Liqanın 30-cu turunun "Səbail"lə görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right