Premyer Liqada oynamaq üçün SOCAR-ın balansından çıxdılar, müstəqil oldular

I Liqada mübarizə aparan "Qaradağ Lökbatan" Premyer Liqaya liseneziya qazanmaq üçün konkret addım atıb.

Newsport.az Sportinfo.az-a istinadən xəbər verir ki, 22 turdan sonra turnir cədvəlinə başçılıq edən qəsəbə təmsilçisi "Neftçi" İdman Klubunun balansından çıxıb.

Klub müstəqil fəaliyyət göstərmək üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və öz nizamnaməsini təsdiqlədib. Bu da o deməkdir ki, "Qaradağ"ın artıq SOCAR-a heç bir bağlılığı olmayacaq.

Azər Həşimovun çalışdırdığı kollektiv 48 xala malikdir. Bu göstərici ilə ən yaxın rəqibləri olan «İmişli»ni 5 xal qabaqlayırlar.

"Qaradağ Lökbatan" 15 ildən artıqdır aşağı dəstədə çıxış edir. Bu müddətdə 2 dəfə çempion adını qazanıblar, dəfələrlə müxtəlif əyarlı medallara yiyələniblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right