"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov hesab edir ki, komandası Rusiyada çempionluq uğrunda yarışa bilər.

Newsport.az xəbər verir ki, sports.ru saytına müsahibəsində o, "Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin "Qarabağ"ın Rusiyada çempionluğa oynaya biləcəyi fikri ilə razılaşdığını söyləyib:

"Çempionluq, heç olmasa ilk üçlük uğrunda mübarizə apara bilər. Yeganə məqam Rusiya futbolunun xüsusiyyətləridir. O, daha qapalı və sərtdir. “Qarabağ”ı belə şəraitdə uzaq məsafədən izləmək çox maraqlı olardı. Ola bilsin ki, indi Rusiyada nəsə dəyişib, amma mən “Zenit”də oynayanda bir çox komandalar topu ötürürdü və ona nəzarət etməyə belə cəhd etmirdilər".

Lunyov deyib ki, Azərbaycanda rəqibləri cəhd etsələr də, topu "Qarabağ"dan ala bilmirlər: "Onlar topu saxlamaqla pressinqdən çıxmağa çalışırlar, nəinki uzun toplarla və ya cərimə zərbələrinə arxayın olmaqla. Burada yüksək pressinq göstərməyə can atırlar. Çox az komanda ortada və ya üçüncü zonada müdafiəyə oturur. Bu, məni təəccübləndirdi. Deməzdim ki, hər hansı komanda ilə oynamaq bizim üçün çox asandır. Baxmayaraq ki, bəzən 5:0 və 7:0 hesabı qeydə alınır. Matçlar maraqlı məqamlarla doludur. Sadəcə olaraq buna oyunçuların ustalıq səviyyəsi və taktiki gedişlər təsir təsir edir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right