Ramil Şeydayevin klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz edib.

Newsport.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kocaeli klubu aprelin 3-də evdə "Göztəpə"yə 3:2 hesabı ilə qalib gəldikləri XXVIII turun matçında baş verənlərə görə cəzalanıb. Komanda "Bandırmaspor" və "Sakaryaspor"a qarşı növbəti ev matçlarında bir sıra tribunalara azarkeş qəbul edə bilməyəcək.

"Kocaelispor" qərarın ləğv edilməsi üçün TFF-nin Arbitraj Şurasına müraciət ünvanlayıb.

Qeyd edək ki, komanda ötən gün "Girəsunspor"u evdə məğlub edib - 2:0. İlk qolu 8-ci dəqiqədə Ramil Şeydayev vurub. Bölgə təmsilçisi hazırda 52 xalla 3-4-cü yerləri bölüşdürür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right