"Kəpəz"in forvardı üçün əlamətdar matç

Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, "Kəpəz"in futbolçusunun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib. 31 yaşlı hücumçu “Səbail”lə səfər matçında (3:3) şans qazanıb.

Amil 200 oyunda 52 qola imza atıb. Onun debütü 2010/11 mövsümündə “Qəbələ”nin heyətində gerçəkləşib.

Yunanov ilk klubunda 7 (1 qol), “Sumqayıt”da 91 (28 qol), “Şamaxı”da 61 (14 qol), “Səbail”də 29 (6 qol), “Kəpəz”də 12 (3 qol) oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right