"Sabah"ın legioneri: "Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır, "Sabah" üçün çox vacibdir"

"Sabah"ın braziliyalı yarımmüdafiəçisi Kristian Azərbaycan Premyer Liqasının cari mövsümünün yekunlarına görə komandasının avrokuboklara düşmək şanslarından danışıb.

Newsport.az xəbər verir ki, “iG Esportes”ə danışan Masazır klubunun legioneri bunları deyib: 

"Azərbaycan Premyer Liqasında avrokuboklara vəsiqə qazanmaq üçün üç yer var: çempion Çempionlar Liqasına, ikinci və üçüncü yerləri tutan komandalar isə Konfrans Liqasında çıxış edəcək. Ötən mövsüm Konfrans Liqasına vəsiqə qazana bildik. Lakin təəssüf ki, qrup mərhələsinə düşməyi bacarmadıq. Bu mövsüm məqsədimiz yenidən avrokuboklara vəsiqə qazanmaqdır. “Sabah” üçün çox vacibdir. 

İndi biz mövsümün son mərhələsinə qədəm qoyduq və hər oyun həlledicidir. Səhv edə bilmərik. Güclü, təcrübəli komandamız var, ona görə də hər matça final oyunu kimi yanaşmalı və mümkün qədər çox xal toplamağa çalışmalıyıq. Bilirik ki, asan olmayacaq, ciddi rəqiblərimiz var. Amma biz çalışırıq ki, avrokuboklara vəsiqə qazanaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right