İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minsk şəhərində 17 yaşlı futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

Toplanışa 24 futbolçu dəvət olunub. Hazırda İspaniyanın "Marset" akademiyasının üzvü olan 8 azərbaycanlı da milliyə çağırılanlar arasındadır. Ümumən milliyə ən çox bu akademiyadan futbolçu cəlb olunub.

U-17-nin heyəti: Elbrus Kərimov, Tuncay Əhmədov, Nadir Nəsibli, Ariz Kərimov, Sinan Mehdiyev, Əlibaba Fətəliyev, Mohhammed Çodarov, Pünhan Kərimov (Hamısı "Marset", İspaniya) Tunar Mehdiyev, Emil Həsənov (hər ikisi "Sumqayıt"), Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, İbrahim Xəlilov, Ümid Səlimov (Hamısı "Sabah"), Amin Rzayev, Əli Qazimbəyov (Hər ikisi "Qarabağ"),  Murad Qurbanov ("Zirə"), Fərid Abdinov ("Striqino", Rusiya), Tunar Muradov ("Turan Tovuz"), Elvin Vəliyev, Vüsal Kərimov, Elşən Atakişiyev (Hamısı "Neftçi"), İslam Həsənov ("Srvena Zvezda", Serbiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right