Musanın oynamamasının səbəbi baş məşqçi açıqladı

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” İsveç çempionatının 3-cü turunda öz meydanında “Sirius”u 2:0 hesabı ilə məğlub edib. Həmyerlimiz həmin qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Tomas Lagerlöf 21 yaşlı forvardla bağlı qərarını belə açıqlayıb: “Rəqabətli vəziyyətdir. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandanın bütün mövqelərində tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Qurbanlının oynamaması, başqa hücumçunun iştirak etməsi sadəcə, rəqabətdən qaynaqlanır”.

Qeyd edək ki, ilk 3 turda 7 xal toplayan “Yurqorden” turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right