“Buna Lunyovun dirçəlişi deyə bilmirəm“

"Qarabağ"ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov karyerası barədə danışıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Sport-express" nəşrinə açıqlama verib. 

"Buna Lunyovun dirçəlişi deyə bilmirəm. Çünki külə çevrilməmişdim. "Bayer 04"də çıxış edəndə zədəm var idi. Rəqib güclü olanda klub digər qapıçıya daha çox inanırdı. Sonra "Qarabağ"da çıxış etmək imkanı yarandı. Burada özümü özümü yaxşı tərəfdən göstərməyə çalışıram”, - deyə oyunçu söyləyib.

Qeyd edək ki, Andrey Lunyov cari mövsüm "Qarabağ"la Azərbaycan çempionu olub. O, 26 matçda 35 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right