İsveç mətbuatı: "Musa əvvəlki kimi inamsız görünürdü"

İsveç mətbuatı ölkə çempionatının açılış turunun "Göteborq"la oyununda (4:1) "Yurqorden"in azərbaycanlı hücumçusu Musa Qurbanlının çıxışını şərh edib.

Newsport.az “SvenskaFans.com”a istinadən xəbər verir ki, isveçli həmkarlarımız azərbyacanlı forvard haqda bunları yazıb:

"Deyəsən Musa uğursuzluqla üz-üzədir. Azərbaycanlı əvvəlki kimi inamsız görünürdü. O, meydanda çox gözə dəymirdi, amma görünəndə topla yaxşı davranırdı. Qurbanlı bir neçə maraqlı ötürmə etdi və tez-tez cərimə meydançasında lazımi yerdə olurdu. İnanırıq ki, Musa Qurbanlının ifasında yaxşı, tipik isveçli futbolçu görmək olar. Lakin hər matçda bununla razılaşmayanlarla mübahisə etmək getdikcə çətinləşir”. Xatırladaq ki, Qurbanlı “Göteborq”la oyunun 70-ci dəqiqəsində meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right