AFFA prezidentindən milli komandanın yeni baş məşqçisi ilə bağlı açıqlama

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf milli komandanın yeni baş məşqçisi ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, qurumun rəhbəri artıq məşqçilərlə danışıqların aparıldığını və bu məsələnin tamamlanmaq üzrə olduğunu bildirib:

"Ötən ilin dekabr ayında bununla bağlı xüsusi komissiya yaradılıb. Artıq müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Demək olar ki, tamamlanmaq üzrədir. Biz rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik. Danışıqlar artıq tamamlanır. Sadəcə həmin zaman yeni İK-nin vaxtına düşür. Amma yenə də müzakirə olunacaq. İstənilən qərarın verilməsində, yerli və ya əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır. Yerli də, əcnəbi də ola bilər. Məşqçi haqda qərarı verəndə, bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalıyıq, həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right