Rövşən Nəcəf: "Qısa müddətdə yeni strategiya hazırlayacağıq"

Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.

Newsport.az-ın məlumatına görə, o, Hesabat-Seçki Konfransı zamanı çıxış edib. Rövşən Nəcəf futbolda irəlliləmək üçün böyük imkanların olduğunu bildirib:

"Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında uğurlu nəticələr göstərir. Ölkə prezidentinin siyasəti nəticəsində idmanda uğurlarımız var. Futbolda da irəliləmək üçün böyük imkanlar mövcuddur. Birlikdə çalışmalıyıq. Futbol meydandan kənarda da oynanılır. AFFA, federasiyalar, media, sponsorlar, hamımzı əl-ələ verib, Azərbaycan futbolunu daha da yüksəklərə qaldırmalıyıq. Öncə hədəflərimizi müəyyənləşdirməliyik. Qısa müddətdə yeni strategiya hazırlayacağıq. Strategiya ilə hədəflərə çatacağımıza inanıram.

Uşaq futbolunun inkişafına böyük diqqət göstərməliyik. Gənc istedadları müəyyənləşdirib, onların millidə uğurlu çıxışlarına töhvə verməliyik. Azarkeşlərin stadionlara cəlb edilməsi, futbolun populyarlaşmasına nail olmalıyıq. Avrokuboklarda gördüyümüz azarkeş sayını çempionatımızda da görmək istəyirik. Azarkeşlərlə, sponsorlarla, teleyayım şirkətləri ilə işləyərək buna nail ola bilərik. 
Teleyayım keyfiyyətinin inkişafının artırılmasını önəmli hesab edirik.

Qadın futbolunun inkişafını daha da artıracağıq. Uğurlu çıxışların davamlı olması üçün onlara hər bir şəraiti yaradacağıq. 

Ölkəmizdə futbola maraq böyükdür. Amma bu marağı stadiona gələn azarkeşlərin sayında görmək istəyərdik. Bir günün işi deyil. Zəhmət, zaman tələb edir. Hamımızın fəxr və qürurla qeyd etdiyimiz klub futbolunda uğurlarımız zaman və səbrdən irəli gəlir. Millimizin FIFA reytinqində 113-cü yerdə olması heç birimizi qane etmir. Ümid edirik ki, bütün qurumlarla çalışaraq hədəflərə nail olacağıq. Etimada görə təşəkkür edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right